İranda daha 2 nəfər dar ağacından asılıb

İranda daha 2 nəfər dar ağacından asılıb

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 2 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, adları mediaya açıqlanmayan müttəhimlər, iyulun 11-i sübh saatlarında İranın Simnan şəhərinin həbsxanasında dara çəkilib. Edam edilən şəxslərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Son həftələrdə İranda edamların sayı kəskin dərəcədə artıb. Bu isə yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran rəsmiləri bundan əvvəl mediaya açıqlamalarında hazırda ölkə zindanlarında saxlanılan və müxtəlif ittihamlarla edama məhkum edilən ən azı 5 min məhbusun ölüm hökmünün icrasını gözlədiklərini bildiriblər.

 

Xatırladaq ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə dünyada birinci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN