İranda daha 2 nəfər dar ağacından asılıb

İranda daha 2 nəfər dar ağacından asılıb

GünAzTV: İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 2 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, qətldə günahlandırılaraq ölümə məhkum edilən və adı mediaya açıqlanmayan bir adam avqustun 7-si sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Həmin gün, İranın Zahidan şəhərinin mərkəzi həbsxanasında narkotik maddələrin satışı və qaçaqmalçılığında təqsirli bilinərək 7 ildən bəri həbsdə saxlanılan daha bir müttəhim (Cuda Rigi) dara çəkilib. Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, bu il Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə məhbus ailələri ilə yanaşı, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN