İranda daha 2 nəfər dara çəkilib

İranda daha 2 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 2 nəfər edam edilib. Hadisə bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Güney Azərbaycanın Xoy və Qoşaçay (Miyandab) şəhərlərinin sakinləri olan hər iki müttəhim (İrəc Qəfuri və Hüseyn Fatimi ) yanvarın 23-ü sübh saatlarında İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin zindanında  dar ağacından asılıb. Bildirilir ki, müttəhimlər ölüm hökmünün icrasından bir neçə gün əvvəl həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülmüşdü.

 

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN