İranda daha 2 nəfər dara çəkilib

İranda daha 2 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 2 nəfər dara çəkilib. Müttəhimlər, İranın İsfahan və Urmiya şəhərlərində edam edilib.

 

 İrandakı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, 80 kiloqramlıq tiryək və həşiş qaçaqmalçılığında günahlandırılan Nadir Fərruxnəjad adlı müttəhim, avqustun 7-si sübh saatlarında İranın İsfahan şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilən daha bir müttəhim (İbrahim Ərisi) avqustun 8-də Urmiyanın mərkəzi zindanında dar ağacından asılıb.

 

Xatırladaq ki, bu il Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə məhbus ailələri ilə yanaşı, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN