İranda daha 2 nəfər edam edilib

İranda daha 2 nəfər edam edilib

GünAzTV: İranda cinsi təcavüzdə və qətldə günahlandırılan daha 2 nəfər edam edilib. Edamlar  Xoy və Yəzd şəhərlərində həyata keçirilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, cinsi təcavüzdə günahlandırılan və adı mediaya açıqlanmayan müttəhimlərdən biri oktyabrın 26-sı sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətində yerləşən Xoy şəhərinin Qumsal meydanında ictimaiyyət qarşısında dara çəkilib.

 

Həmçinin küçədə baş verən bir davada qətl törətməkdə təqsirli bilinən Əli Salari adlı daha bir müttəhim, oktyabrın 24-də İranın Yəzd şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN