İranda daha 2 nəfər edam edilib

İranda daha 2 nəfər edam edilib

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılan daha 2 nəfər edam edilib.

 

2013-cü ilin martında 49 yaşlı Mustafa adlı bir mağaza sahibininin qətlində günahlandırılan gənc müttəhimlər, martın 6-sı sübh saatlarında İranın Mazandaran əyalətinin Sari şəhərinin zindanında dara çəkilib.

 

Ölüm hökmünün icrasından bir neçə saat əvvəl, hər iki müttəhimin ailə üzvləri əllərindəki yazılı plakatlarla zindan qarşısında toplaşıb qətlə yetirilən şəxsin ailəsindən gənc müttəhimləri əfv etməsini xahiş etsələr də, cinayət hadisəsində öldürülən şəxsin yaxınları edama aparılan qatilləri bağışlamaqdan imtina edib. Nəticədə, adları mediaya açıqlanmayan müttəhimlər sübh saatlarında dar ağacından asılıb.

 

Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN