İranda daha 2 nəfər edam edilib

İranda daha 2 nəfər edam edilib

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adamöldürmədə  günahlandırılan daha 2 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən,  7 kiloqramlıq narkotik maddə qaçaqmalçılığında günahlandırılan 29 yaşlı müttəhim, Mehdi Mirzayi, aprelin 22-si sübh saatlarında İranın Xürrəmabad şəhərinin Parsilon zindanında dar ağacından asılıb.

 

Həmin gün, qəsdən adamöldürmədə günahlandırılan və adı mediaya açıqlanmayan 21 yaşlı daha bir müttəhim isə İranın Mazandaran əyalətinin Babül şəhərində ictimaiyyət qarşısında dara çəkilib.

 

Son vaxtlar İranda edamların sayının kəskin artması, istər yerli, istərsə də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN