İranda daha 2 nəfər edam edilib

İranda daha 2 nəfər edam edilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 2 nəfər nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, iki il yarım əvvəl məişət zəminində baş verən davada istəmədən qətl törədən və adları mediaya açıqlanmayan hər iki müttəhim, mayın 8-i sübh saatlarında İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 

Xatırladaq ki, eyni ittihamla daha 1 nəfər, mayın 4-də həmin zindanda edam edilmişdi.

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN