İranda daha 2 nəfər edam edilib

İranda daha 2 nəfər edam edilib

GünAzTV: İranda qətldə günahlandırılan daha 2 nəfər edam edilib. Edamlar İranın Əhvaz və İlam şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, iki il əvvəl məişət zəminində baş verən bir davada qohumlarından birinin qətlində günahlandırılan müttəhimlərdən biri, (27 yaşlı Fazil Məzrəə) avqustun 8-i sübh saatlarında İranın Əhvaz şəhərinin Şeyban zindanında dara çəkilib.

 

Edam edilənlərdən biri: Fazil Məzrəə

 

Həmin gün, eyni ittihamla adı mediaya açıqlanmaan daha bir müttəhim İranın İlam şəhərinin mərkəzi həbsxanasında dar ağacından asılıb. O, dörd il əvvəl baş verən bir davada odlu silahla atəş açaraq qətl törətməkdə təqsirli bilinib.

 

Xatırladaq ki, bu il Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə məhbus ailələri ilə yanaşı, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN