İranda daha 3 bəhai həbs edilib

İranda daha 3 bəhai həbs edilib

GünazTV: İranın Şiraz şəhərində bəhai dininə mənsub olan daha 3 nəfər həbs edilib. Həbslər oktyabrın 21-də həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAAT-ın Şiraz bölməsinin mülki geyimli əməkdaşları dünən bəhailər Fərzan Məsumi, Kiyana Şüai və Süruş Abadinin mənzillərinə hücum edərək, onları ailə üzvlərinin gözü qarşısında tutub naməlum istiqamətə aparıblar. Hər üç bəhainin mənzilində axtarış aparılıb, onlara məxsus noutbuklar, mobil telefonlar, bəhai dininə aid kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb.

 

Tutulan bəhailərin konkret nədə günahlandırıldığı və onların hazırda harada saxlanıldığı haqda məlumat yayılmayıb.

 

Yayılan digər məlumata əsasən, həmin gün Şirazda daha bir neçə bəhainin mənzilində yoxlama aparılıb. ETTELAAT əməkdaşları tərəfindən təhdid edilən həmin bəhailərin adları açıqlanmayıb.

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

 

 

İranlı “Ayətullah”ların təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr. vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN