İranda daha 3 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

İranda daha 3 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda qəsdən adamölüdürmədə günahlandırılaraq ölüm cəzasına məhkum olunmuş daha 3 məhbus, edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı məlumata əsasən, İranın Şəhri kürd zindanında saxlanılan müttəhimlər, 38 yaşlı Saleh Dehkordi, 40 yaşlı Yarəli Nuri və 26 yaşlı Davud Şükri, oktyabrın 13-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb.

 

Hər üç məhbusun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir. Edama hazırlaşdırılan müttəhimlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN