İranda daha 3 məhbus ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

İranda daha 3 məhbus ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda qətldə, narkotik maddələrin qaçaqmalçılığında və digər ittihamlarla günahlandırılan daha 3 nəfər, barələrində çıxarılan ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, Kərəcin Rəcayişəhr zindanında saxlanılan hər üç məhbus, avqustun 22-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Edam ediləcək şəxslərdən birinin adı (Hərif Qulami) mediaya açıqlansa da, digər iki məhbusun kimliyi hələlik bəlli deyil.

 

Hər üç məhbusun yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Son aylarda İranda edamların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında və qətldə günahlandırılır.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN