İranda daha 3 məhbus ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

İranda daha 3 məhbus ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilən daha 3 nəfər ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, Loristan əyalətinin mərkəzi sayılan Xürrəmabad zindanında saxlanılan və adları mediaya bəlli olmayan müttəhimlər, edama hazırlaşmaq üçün iyulun 13-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Hər üç mütthimin yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dar ağacından asılacağı gözlənilir.

 

Qeyd edək ki, Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən qat-qat artıb. Bu isə yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. 

 

İranın molla rejiminin qeyri-standart və ədalətsiz məhkəmələri, ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxardığı ölüm hökmlərinin sayına görə dünyada birinci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər edam edilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN