İranda daha 3 nəfərin koronavirusa yoluxduğu rəsmən təsdiqlənib

İranda daha 3 nəfərin koronavirusa yoluxduğu rəsmən təsdiqlənib

GünAz TV: İranda daha 3 nəfərin koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlər rəsmən təsdiqlənib.

 

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cahanpur bu gün yaydığı bəyanatda Qumda 2 nəfərin, Ərakda isə 1 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib. O bildirib ki, xəstəliyə tutulan Ərak sakini həkimdir.

 

Virusa yoluxanların Tehran xəstəxanalarına köçürüldükləri deyilir. Bundan başqa, koronavirusa yoluxduğu ehtimal edilən 5 digər Qum sakini də daha dəqiq analizlərin aparılması üçün Tehrana göndərilib.

 

Bütün bunlara rəğmən, İrandan "Mahan Air" şirkətinin Çinə uçuşları, eləcə də, iki ölkə arasında tələbələrin gəzinti və ziyarət səfərləri üçün təşkil edilmiş düşərgələr hələ də öz işinə davam edir. Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, rəsmilər Çinlə aviareysləri dayandırmaq niyyətində deyillər.

 

Xatırladaq ki, ötən gün Qum şəhərində iki nəfərin koronavirusdan öldüyü barədə məlumatlar yayılmışdı. Bu gün Qumun bütün məktəb, universitet və digər təhsil müəssisələrində bir günlük tətil elan edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN