İranda daha 3 uşaq koronavirusdan ölüb

İranda daha 3 uşaq koronavirusdan ölüb

GünAz TV: İranda fiziki məhdudiyyətli 3 şagird koronavirusdan dünyasını dəyişib.

 

Bu barədə məlumat yayan İran Xüsusi Təhsil Təşkilatının sədri Cavad Hüseyni bildirib ki, digər xəstəliklərdən əziyyət çəkən həmin uşaqlar koronavirusa yoluxduqdan sonra ölüblər.

 

O, bu barədə detalları açıqlamayıb və digər uşaqların pandemiyaya yoluxması və ya xəstəlikdən ölməsinin qarşısının alınması üçün tədbirlər görüldüyünü iddia edib.

 

Xatırladaq ki, bir neçə gün öncə Şimali Xorasan əyalətində 6 yaşlı uşağın sözügedən infeksiyadan ölməsi barədə məlumat yayılmışdı. Babüldə isə koronavirusa yoluxmuş 3 uşaq şəhər xəstəxanasının intensiv terapiya şöbəsinə yerləşdirilmişdi. Onlardan birinin sağalaraq evə buraxıldığı deyilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN