İranda daha 5 nəfər ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

İranda daha 5 nəfər ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda əsasən qətldə günahlandırılaraq ölümə məhkum edilmiş  daha 5 nəfər edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, Kərəcin Rəcayişəhr zindanında saxlanılan  müttəhimlər, avqustun 27-də həbsxananın ümumi korpsusundan ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüb. Onların yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

Hüquq-müdafiəçilərinin bildirdiyinə görə, edama hazırlaşdırılan müttəhimlərdən ikisinin adlarını müəyyənləşdirmək mümkün olub: Muctaba Əsədi və Şəmsəli Abdullahidir. Digər üç müttəhimin adları hələlik bəlli deyil.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN