GünAzTV: İranda qətldə və digər ittihamlarda günahlandırılan daha 6 nəfər edam edilib. Edam edilənlərdən biri Əfqanıstan vətəndaşıdır.
İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, Kərəcin Rəcayişəhr zindanında saxlanılan və iki gün əvvəl edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülən müttəhimlər (Fərnam Fərinam, Murtuza Şəfəqi və ...) fevralın 14-ü sübh saatlarında dara çəkilib. Edam edilən digər məhbusların adları mediaya açıqlanmayıb.
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M