İranda daha 7 nəfər dar ağacından asılıb, edam edilənlərdən ikisi ər-arvaddır

İranda daha 7 nəfər dar ağacından asılıb, edam edilənlərdən ikisi ər-arvaddır

GünAzTV: İranda narkotik maddələrin qaçaqmqalçılığında və qətldə günahlandırılan daha 7 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, narkotik maddə qaçaqmalçılığında günahlandırılan Urmiya şəhər sakini, müttəhim Səlahəddin Yar və Quçan şəhər sakinləri Cəfər Sədanlu və onun adı mediaya açıqlanmayan həyat yoldaşı iyulun 1-i sübh saatlarında Rəşt şəhərinin mərkəzi zindanında (Lakan) dar ağacından asılıb.

 

 

Həmçinin qətldə günahlandırılan 50 yaşlı müttəhim Hüseyn Rigi iyulun 3-ü sübh saatlarında İranın Zahidan şəhərinin mərkəzi zindanında edam edilib. O, edamından əvvəl 7 il həbsdə saxlanılıb.

 

Həmin gün, narkotik qaçaqmalçılığı ittihamı ilə İsfahanın Mərkəzi həbsxanasında saxlanılan daha 3 nəfər (Ümid Məhəmmədzadə, Rza Məhəmmədi və Seyid Rza) sübh saatlarında zindanın həyətində dar ağacından asılıb. Onların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Son vaxtlar İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN