İranda daha 9 nəfər dara çəkilib

İranda daha 9 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə və qəsdən adamöldürmədə günahlandırılan daha 9 nəfər edam edilib. Həmin şəxslər iki gün əvvəl ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülmüşdü.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, hər 9 müttəhim, noyabrın 29-u sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib. Edam edilənlərdən bəzilərinin adları (Həsən Əmnzadə, Fərşid Kərimi, Hüseyn Əlişir, Məcid Nəzifi) mediaya açıqlansa da, başqalarının adlarını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN