İranda daha 97 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin sayı 611 nəfərə, yoluxanların sayı 12 min 729 nəfərə yüksəlib

 İranda daha 97 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin sayı 611 nəfərə, yoluxanların sayı 12 min 729 nəfərə yüksəlib

GünazTV: “Son bir sutka ərzində İranda daha 97 nəfər koronavirusdan ölüb”.

 

Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 14-də  mediaya açıqlama verib.

 

Son bir sutka ərzində İranda koronavirus qurbanlarının yeni statistikasını yayan Kiyanuş Cahanpur deyib ki, ölkədə daha 1365 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkar edilib: “Dünən günorta saatlarından bu günə qədər İranda daha 97 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 611 nəfərə, xəstəliyə yoluxanların sayı isə 12 min 729 nəfərə yüksəlib.

 

Həmçinin, xoşbəxtlikdən bu günə qədər xəstəlikdən sağalıb xəstəxanalardan evə buraxılanların sayı da 4339 nəfərə çatıb” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur, koronavirusla bağlı bu günə qədər olan statistikanı açıqlayarkən bəyan edib.

 

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların sayının 12 min 729 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 611 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusa yoluxanların və ölənlərin sayının qat-qat çox olduğunu bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN