İranda daha iki silahlı atışmada 4 İŞİD-çi həlak olub, 5-i yaxalanıb

İranda daha iki silahlı atışmada 4 İŞİD-çi həlak olub, 5-i yaxalanıb

 GünAzTV: İyunun 11-də İranın Hormozqan əyalətinin Rudan şəhərinin ətraf dağlarında naməlum silahlı dəstə üvləri ilə hökumət qüvvələri arasında baş verən silahlı atışmada 4 İŞİD-çi həlak olub.

 

Bu barədə Hormozqan əyalətinin ədliyyə təşkilatının rəhbəri axund Məhəmməd Sadıq Əkbəri iyunun 12-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

Axund Əkbəri bildirib ki, Rudan dağları ətrafında baş verən silahlı qarşıdurmada, naməlum silahlı dəstə üzvlərindən 4-ü öldürülüb: “Qüvvələrimiz tərəfindən məhv edilən həmin şəxslərin 2-si İran, 2-si isə xarici vətəndaşlardır. Onların üstündən cürbəcür silahlar, partlayıcı maddələr, intihar kəmərləri və İŞİD bayrağı aşkarlanaraq götürülüb. Həmçinin son günlər yerli hüquq-mühafizə qüvvələrimiz Cask limanında terrorçu İŞİD qruplaşmasının daha 5 üzvü ilə üz-üzə gələrək onların hamısını yaxalayıblar. Tutulanlar hazırda onlar dindirilir və məsələ araşdırılır”.

 

Xatırladaq ki, İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda yerləşən Xomeyni məqbərəsinə silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isəhökumət qüvvələri ilə atışmada həlak olub.

 

Eyni hücum,Tehranın cənubunda yerləşən Xomeyni məqbərəsinə də edilib. İki silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri özünü partlatsa da, digəri birisi yaxalanıb. Hər iki olayda 17 nəfərin öldüyü, 50  nəfərdən çox insanın yaralandığı bildirilir.  

 

 İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb. Az sonra isə hücumçuların İŞİD-ə qoşulmuş və milliyyətcə kürd olan İran vətəndaşları olduğu bəlli olub.

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN