İranda dəhşətli qəzada 5 nəfər diri-diri yanıb

İranda dəhşətli qəzada 5 nəfər diri-diri yanıb

GünAz TV: İranda dəhşətli qəza nəticəsində 5 nəfər diri-diri yanıb.

 

Bu gün səhər saatlarında Firuzabad- Şiraz yolunda Pejo 405 ilə Nissan markalı avtomobil toqquşub. Nəticədə Pejoda olan 5 nəfər diri-diri yanıb. Nissanda olan 4 nəfər isə ağır yaralanıb.

 

Qeyd etmək lazımdır ki, İranda tez-tez ölümlə nəticələnən ağır yol qəzaları baş verir. Bunun səbəbi ölkənin yol infrastrukturunun bərbad olması, eləcə də yerli istehsal olan maşınların heç bir təhlükəsizlik standartlarına cavab verməməsidir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN