İranda edama məhkum azərbaycanlı əsgər, dar ağacından son anda qurtarıb

İranda edama məhkum azərbaycanlı əsgər, dar ağacından son anda qurtarıb

GünAzTV: İranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində qətldə günahlandırılaraq edama məhkum edilən gənc bir əsgər, dar ğacından son anda qurtarıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, adı mediaya açıqlanmayan müttəhim, iki il əvvəl Mərənd şəhərində əsgərliyini yerinə yetirərkən məişət zəminində baş verən davada əsgər yoldaşı Fərşad Novruzzadə ilə əlbəyaxa olaraq istəmədən onu qətlə yetirmişdi. Lakin qətldə günahlandırılaraq edama məhkum edilən və Məlikan zindanında saxlanılan müttəhim, martın 16-si sübh saatlarında dar ağacına qədər aparılsa da, ölüm hökmü icra edilməyib.

 

Bildirilir ki, qətlə yetirilən əsgərin atası, Söhrab Novruzzadə son anda oğlunun qatilini bağışlayaraq onun edamının qarşısını alıb. Bununla da son anda əfv edilən müttəhim, ölümdən xilas edilib.

 

Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN