İranda edama məhkum edilmiş 2 ərəb fəalı İsfahan zindanına köçürülüb

İranda edama məhkum edilmiş 2 ərəb fəalı İsfahan zindanına köçürülüb

GünAzTV: İranın Xuzistan əyalətinin Əhvaz şəhərində yerli ərəblərin dini və milli hüquqları uğrunda dinc mübarizə apardıqlarına görə edama məhkum edilmiş 2 ərəb fəalı, Abdullah Kərməla Çəəb və Qasım Beyt Abdullah İsfahan zindanına köçürülüb.

 

İrandakı hüquq müdafiçilərinin yaydığı xəbərə əsasən, hər iki gənc fəal, bir neçə gün əvvəl  ailələrinə zəng vuraraq  Əhvazın ETTELAAT idarəsinin təcridxanasından İsfahan həbsxanasına köçürüldüklərini və hazırda həmin zindanın karantin bölməsində saxlanıldıqlarından xəbər veriblər. Bildirilir ki, fəallar həbs ediləndən bu yana onlara valideynləri ilə əlaqə saxlamağa icazə verilməmişdi və bu, onların tutulub ölüm cəzasına məhkum edildikdən sonra ailələrinə vurduqları ilk zəngdir. 

 

Məlumatda qeyd olunur ki, fəallar Abdulla Kərməla Çəəb və Qasım Beyt Abdulla, bu ilin sentyabr ayında daha 7 ərəb aktivisti ilə birlikdə tutulub. Əhvaz məhkəməsi hər iki fəalı sistemə qarşı təbliğat aparmaqda, xaricdəki müxalif qrup və təşkilatlarla əlaqə saxlamaqda və Allaha qarşı müharibədə günahlandıraraq edama məhkum edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN