İranda əldəqayırma içkilərdən ölənlərin sayı 20-ə, zəhərlənənlərin sayı isə 168 nəfərə çatıb

İranda əldəqayırma içkilərdən ölənlərin sayı 20-ə, zəhərlənənlərin sayı isə 168 nəfərə çatıb

GünAzTV: İranın Hormozqan əyalətinin Bəndər Abbas şəhərində əldəqayırma yolla (kustar yolla) hazırlanmış alkoqollu içkilərdən ölənlərin sayı 20-ə, zəhərlənənlərin sayı isə 168 nəfərə çatıb.

 

Bu barədə, Hormozqanın Tibb Universitetinin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fatimə Novruziyan sentyabrın 29-da jurnalistlərə açıqlama verib. O bildirib ki, əldəqayırma alkoqollu içkilərdən zəhərlənənlər 17-50 yaş arasında olanlardır: “Zəhərlənənlər şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Onlardan 10-unun səhhəti ağırdır və onlar ölüm təhlükəsi ilə üz-üzə qalıblar.  Zəhərlənənlərdən 7-si qadındır.

 

Bəndər Abbasın polis rəisi isə jurnalistlərə açıqlamasında baş vermiş olayla bağlı 3 nəfərin həbs edildiyini bildirib: “Həbs edilənlərdən ikisi, öz evlərində alkoqullu içkilər hazırlayıb satışa çıxaran ər və arvaddır. Məsələ araşdırılır”.

 

Qeyd edək ki, İranda dini azlıqlardan, (xristianlar, yəhudilər və zərdüştilər) olmayan vətəndaşların alkoqollu içkiləri saxlaması və ya içməsi qadağandır. Məhz, qoyulan bu qadağa və məhdudiyyətlərə görə, ölkənin müsəlman əhalisi həyatlarını təhlükəyə ataraq, əldəqayırma yolla hazırlanmış qeyri-standard alkoqollu içkilərdən istifadə etmək məcburiyyətində qalırlar.  

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN