İranda etirazçılar Bəndər Abbas dəmir yolunu bağlayıblar

İranda etirazçılar Bəndər Abbas dəmir yolunu bağlayıblar

GünAz TV: İranın Dəmir Yollarının Tikintisi və Texniki Baxış Xidmətləri Şirkətinin işçiləri artıq ard-arda 2-ci gündür ki, Bəndər Abbas dəmir yol xəttini bağlayıblar.

 

İşçilərə məxsus “Telegram” kanallarında yazılanlara əsasən, onlar 3 aydır maaş ala bilmədiklərinə görə, dünəndən etiraz aksiyası keçirirlər.

 

Eyni zamanda, Nurabadda da dəmir yolu işçiləri əməkhaqlarını və ala bilmədiklərinə görə, dünən etiraz aksiyası keçiriblər.

 

“İlna” agentliyinin məlumatına əsasən, ötən həftənin şənbə və bazar günləri ərzində Əhmədabad, Rəfsəncan və Hörmüzqan vilayətinin Sircan şəhərinin dəmir yol işçiləri də gecikmiş əməkhaqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində oxşar səbəblərdən İranın əksər bölgələrində fəhlələr, müəllimlər və digər peşə sahibləri etiraz aksiyaları keçiriblər. Nəticədə hökumət nəinki etirazçıların tələblərini yerinə yetirməyib, əksinə onlardan bir çoxunu saxta ittihamlarla həbs edib və işgəncələrə məruz qoyub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN