İranda etirazlar davam edir: Etirazların 4-cü günündə Tehranda tələbələr “dini lider” Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər - VİDEO

İranda etirazlar davam edir: Etirazların 4-cü günündə Tehranda tələbələr “dini lider” Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər - VİDEO

GünazTV: İran rejiminin üç gün yalan danışmasından sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın yer-göy raketi ilə vurulmasını rəsmən etiraf etməsinin ardınca hakimiyyətə qarşı başlanan kütləvi etirazlar davam edir.

 

Yanvarın 14-ü axşam saatlarında Tehran Universitetinin tələbələri ilə birlikdə paytaxtın bir neçə ali təhsil ocağında minlərlə tələbə etirazlara qatılaraq, İranın “dini lider”i axund Əli Xamneyiyə qarşı sərt şüarlar səsləndirərək, onun istefasını tələb ediblər.

 

Tehran və Politexnik Uiversitetlərinin həyətindən başlanan etirazlar, az sonra şəhərə yayılıb. Paytaxtın Azadlıq küçəsində və daha bir neçə məntəqəsində bir-birinə qovuşan dinc etirazçılar rejim başçılarını yalan danışmaqda günahlandıraraq, ölkənin acınacaqlı durumuna etiraz bildiriblər.

 

Əllərində yazılı plakatlar gəzdirən etirazçılar, “Bizim cındır liderimiz bizə bir utancdır”, Nə tac istəyirik, nə də əmmamə, axund sənin artıq sonun gəlib”, “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Xameneyi həya elə, məmləkəti rəha elə”, “Bəsici, Sepahçı, bizim İŞİD-çilərimiz sizlərsiniz”, “Top, tank, fişfişədən qorxmuruq, cəhənnəm olsun axundlar”, “Zülmkara ölüm olsun, fərqi yoxdur, ya şah olsun, ya da rəhbər”, “Biz qatil rəhbəri pərəstiş etmək üçün qurbanlar verməmişik” şüarlarını səsləndirən etirazçılar, “Bəsic”, polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıblar.

 

Hökumət qüvvələri etirazları dağıtmaq üçün zorakılığa əl ataraq, aksiyaçılara qarşı dəyənəkdən istifadə edib, bəzilərini tutub naməlum istiqamətə aparıblar. Etirazlar gecə saatlarına qədər davam edib. Tutulan etirazçıların kimliyi hələlik bəlli deyil.

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN