İranda Fəsa şəhər İcra Hakimiyyətinin başçısı naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq döyülüb

2019-09-17 17:13

GünazTV: İranda Fəsa şəhər İcra Hakimiyyətinin başçısı Həsən Bərati naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq döyülüb.

 

Yayılan məlumata əsasən hadisə sentyabrın 17-si sübh saat 03:30 radələrində baş verib.  Əllərində tapança gəzdirən bir neçə naməlum şəxs gecə yarısında şəhər meriyasının keşikçisinin əl-qoluna bağlayaraq, Fəsa merinin qaldığı iqamətgaha hücum ediblər. Hücumçular şəhər merini döyüb təhdid etdikdən sonra hadisə yerindən qaçıblar. Çoxlu yumruq və təpik zərbələrindən bədən xəsarəti alan icra başçısı xəstəxanaya yerləşdirilib. Onun səhhətinin qənaətbəxş olduğu və artıq ilkin müalicə aldıqdan bir neçə saat sonra evə buraxıldığı bildirilir.

 

Hadisə yerindən qaçan hücumçuların kimliyi və onların bu işdə məqsədi hələlik bəlli deyil.

 

Bildirilir ki, Həsən Bərati iki il əvvəl Fəsa şəhər şurası tərəfindən  bu şəhərin İcra Hakiçiyyətinin başçısı vəzifəsinə seçilib. Onun bu vəzifədə olduğu həmin müddətdə şəhər meriyasının kollektivi və işçiləri, o cümlədən də fəhlələr dəfələrlə müxtəlif tələblərlə aksiyalar keçirərək mövcud  şəraitə etiraz bildiriblər.  

 

Qeyd edək ki, Fəsa şəhəri İranın Fars əyalətinin şərqində yerləşir.

 

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanda vaksinasiya olunanların son sayı – STATİSTİKA

2021-02-27

gun az article

GünAz.TV-nin hörmətli izləyicilərinin diqqətinə!

2021-02-27

gun az article

İranda daha 81 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 60 000 nəfərə yaxınlaşıb (Rəsmi statistika)

2021-02-27

gun az article

Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ

2021-02-27

gun az article

Prezident İlham Əliyev: “Türkiyə bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir” - VİDEO

2021-02-27

gun az article

İranın 11 əyalətində koronavirusun mutasiya etmiş ştammı yayılmağa başlayıb

2021-02-27

gun az article

Qubadlının Əfəndilər kəndi - VİDEO

2021-02-27

gun az article

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3190-a çatıb

2021-02-27

gun az article

ABŞ Prezidenti Co Bayden: İranın hərəkətləri cavabsız qalmayacaq

2021-02-27

gun az article

GünazTV Feb.26.2021 : “Amerikada 50 milyon insan peyvənd olundu”

2021-02-26

gun az article

İranda koronavirusdan daha 69 nəfər dünyasını dəyişib, 8 103 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-02-26

gun az article

Qarabağda rus dilinin rəsmi dil elan etməsi xunta rejiminin son cəhdlərdir

2021-02-26

gun az article

“Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur” - Prezident

2021-02-26

gun az article

“Ermənistanın gücü çatarmı bəyanatı pozsun?”

2021-02-26

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 2743 nəfərə çatıb

2021-02-26

gun az article

İran Ermənistandakı qarşıdurmada iştirak edən bütün tərəfləri təmkinli olmağa çağırıb

2021-02-26

gun az article

Xocalı soyqırımından 29 il ötür

2021-02-26

gun az article

GünazTV Feb.25.2021 : “Prezident Coe Bayden Trampın viza qadağasını ləğv etdi”

2021-02-25

gun az article

Talibanın Herat vilayətindəki bazasında İrana məxsus silah-sursat və hərbi formalar aşkar edilib

2021-02-25

gun az article

İranda koronavirusdan daha 94 nəfər ölüb, 8 260 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-02-25