İranda gizli şəkildə mahnılar yazdırıb yayan 21 gənc müğənni tutulub

İranda gizli şəkildə mahnılar yazdırıb yayan 21 gənc müğənni tutulub

GünAzTV: İranda musiqi sahəsində fəaliyyət göstərən, ev şəraitində və qanunsuz kiçik studiyalarda gizli şəkildə mahnılar bəstələyib yazdıran və onlara klip çəkdirdikdən sonra sosial şəbəkələrdə yayan 21 gənc müğənni tutulub.

 

Bu barədə, İranın Hormozqan əyalətinin ümumi təhlükəsizlik polisinin rəisi, polkovnik Əli Əsğər İbadi Nik, yanvarın 11-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

                                                    Polis rəisi, polkovnik Əli Əsğər İbadi Nik

 

O bildirib ki, yerli hüquq-mühafizə qüvvələrinin tutduğu gənclərdən 12-si kişi, 9-u isə qadın müğənniləridir: “Bu şəxslər, özlərinə məxsus qanunsuz studiyalarda əxlaq və islam dəyərlərinə zidd mahnılar yazdırıb, onlara kliplər çəkdirdikdən sonra onu virtual aləmdə və peyk vasitəsilə xaricdən ölkəyə yayılan düşmən telekanallarında yayırmışlar. Polis əməkdaşlarımız həmin şəxslərin fəaliyyət göstərdiyi 6 studiyanı aşkarlayaraq, onların hamısını möhürləyib. Studiyalarda yoxlama aparılıb, bütün musiqi alətləri, eləcə də mahnı yazdırmaq üçün istifadə olunan digər avadanlıqlar götürülüb.

 

Həbs edilənlər Bəndər Abbas şəhərindəki polis bölməsinə aparılıb və hazırda dindirilirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN