İranda həbs edilən 4 Küveyt vətəndaşı azadlığa buraxılıb

İranda həbs edilən 4 Küveyt vətəndaşı azadlığa buraxılıb

GünAzTV: İranda həbs edilən və Əhvaz şəhərinin zindanında saxlanılan 4 Küveyt vətəndaşı dekabrın 19-da azadlığa buraxılıb. Bu barədə Küveytin “Əl-Qəbəs” qəzeti ölkə parlamentinin deputatı Həmdan əl Qazəmiyiyə istinadən məlumat yayıb.

 

Həmdan əl Qazəmi tutulanların azadlığa buraxılması işində apardıqları fəaliyyətə görə Küveyt Xarici İşlər Nazirliyinə və bu ölkənin Əhvazdakı konsulluğuna təşəkkürünü bildirib. “Əl-Qəbəs” qəzeti Küveyt vətəndaşlarının adlarını açıqlamasa da bildirib ki, onlar dekabrın 4-də hava limanı yolu ilə İrana daxil olmuşdular. Bildirilir ki, İranda tutulan Küveyt vətəndaşları ov məqsədilə hansısa qadağan zonaya daxil olmaqda günahlandırılmışdılar.

 

Xatırladaq ki, İranın Küveytdəki səfiri Əlirza İnayəti dekabrın 16-da bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq ondan Əhvazda həbs edilənlərin dərhal azadlığa buraxılması tələb edilmişdi.

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN