İranda həbs edilmiş Avstraliya vətəndaşı “casusluq”da ittiham edilib

İranda həbs edilmiş Avstraliya vətəndaşı “casusluq”da ittiham edilib

GünAz TV: İran məhkəmə sisteminin sözçüsü Qulamhüsyn İsmayıli bu ölkədə həbs edilmiş Avstraliya vətəndaşı Kylie Moore-Gilbertə qarşı “casusluq” ittihamı ilə ittihamnamə irəli sürüldüyünü deyib.

 

O, həmçinin bildirib ki, Avstraliyanın İranda həbs edilmiş digər iki vətəndaşı Culi King və Mark Firkin isə “hərbi mərkəzlərdə dronla çəkiliş aparmaq”da ittiham ediliblər.

 

Sözçü Melborn Universitetinin şərqşünası olan Kylie Moore-Gilbertin 3-cü ölkəyə “casusluq” etidiyini desə də, bununla bağlı geniş açıqlama verməyib.

 

Sözügedən universitetin körfəz ətrafı ərəb ölkələri üzrə müxtəxəssisi olan xanım Gilbert Bəhreyndə İranın dəstəklədiyi şiə müxaliflər mövzusunda tədqiqat aparırmış. O, 2018-ci ilin payızında İrana səfər edib və həmin vaxt tutulub. Hazırda isə Tehranın Evin zindanında saxlanılır.

 

Bir neçə gün öncə Avstraliyanın “ABC” telekanalı xanım Gilbertin 10 il həbs cəzasına məhkum edildiyilə bağlı məlumat yaymışdı.

 

Qeyd etmək lazımdır ki, İran rejimi bu ölkəyə turist kimi və ya müxtəlif işgüzar məsələlər üçün səfər edən xarici ölkə vətəndaşlarını qondarma ittihamlarla həbs edir. Rəsmi Tehran onlardan Qərbə qarşı siyasi müzakirələr zamanı girov kimi istifadə edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN