İranda helikopter qəzasında 2 nəfər həlak olub, 2-si itkin düşüb

İranda helikopter qəzasında 2 nəfər həlak olub, 2-si itkin düşüb

GünAzTV: İranda xilasedici helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub, 2-si  itkin düşüb.

 

Hadisə, aprelin 17-si axşam saat 21:30 radələrində İranın cənubunda, körfəzdə baş verib. İran Milli Neft Şirkətinə məxsus xilasedici helikopter, neft platformalarından birində çalışarkən infarkt keçirən xəstə fəhlələrdən birini Kiş adasına apararkən Lavan adası yaxınlığında qəzaya uğrayaraq suya düşüb. Nətəcədə helikopterin 5 sərnişinindən 2-si, xəstə və onu müşayiət edən həkim köməkçisi yerindəcə həlak olub, pilotlardan biri və digər bir şəxs itkin düşüb.

 

Bildirilir ki, helikopterin Süheyli adlı pilot köməkçisi xilas edilib. Bölgəyə xilasedici qayıqların göndərildiyi və itkin düşənlərin axtarışının davam etdirildiyi qeyd olunur. Hazırda qəzanın səbəbləri araşdırılır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN