İranda Karun çayında qayığın aşması nəticəsində daha 2 nəfər suda boğulub

İranda Karun çayında qayığın aşması nəticəsində daha 2 nəfər suda boğulub

GünazTV: İranın Xuzistan əyalətində, Karun çayında qayığın aşması nəticəsində daha 2 nəfər suda boğulub.

 

Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin nicat və imdad təşkilatının rəsmisi Şahin Fəthi martın 29-da jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, hadisə Xizistan əyalətinin şimalında, İzə məntəqəsində baş verib: “Günorta saat 16:00-da bir qayığın aşması nəticəsində 5 nəfər suya düşüb. Onlardan 3-ü əhali tərəfindən xilas edilsə də, 2-si suda batıb. Ölənlərin meyitlərini tapmaq üçün axtarışlar davam edir– deyə Şahin Fəthi əlavə edib.

 

 

Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində çoxlu sayda insan həlak olub, yüzlərlə insan yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN