İranda keçirilən Dünya Kuboku yarışlarında Azərbaycan güləşçiləri finala yüksəlib

İranda keçirilən Dünya Kuboku yarışlarında Azərbaycan güləşçiləri finala yüksəlib

GünAz TV: İranın Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.

 

Azərbaycanın yığma komandası Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır.

 

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

 

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşacaq.

 

Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN