İranda kürd yaraqlıları ilə silahlı qarşıdurmada 2-si “Sepah”çı olmaqla ən azı 4 nəfər həlak olub

İranda kürd yaraqlıları ilə silahlı qarşıdurmada 2-si “Sepah”çı olmaqla ən azı 4 nəfər həlak olub

GünazTV: İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran sərhəd məntəqəsində kürd yaraqlıları ilə baş verən silahlı qarşıdurmada 2-si “Sepah”çı olmaqla ən azı 4 nəfər həlak olub.

 

Bu barədə, “Sepah”ın quru qüvvələrinin “Həmzə Sedidüşşühəda” qərargahı iyulun 2-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, hadisə iyulun 2-si sübh saatlarında baş verib. Qanunsuz yolla sərhəddi keçərək ölkə ərazisinə girməyə çalışan yaraqlı kürdlərlə “Sepah” qüvvələri arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində ən azı 2 “Sepah”çı və 2 kürd yaraqlısı həlak olub, bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaraqlı kürdlərdən müəyyən qədər silah-sursat və hərbi avadanlıq ələ keçirildiyi bildirilir. Qarşıdurmada ölən “Sepah”çıların adları mediaya açıqlanmayıb.

 

“Sepah”ın yəydığı bəyanatda yaraqlıların hansı bir kürd qrupuna bağlı olması açıqlanmasa da, bəzi mənbələr, yaraqlıların Kürdüstan Demokrat Partiyasına bağlı peşmərgələr olduğu barədə məlumat yayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN