İranda mədəndə bədbəxt hadisə baş verib - Ölənlər var

İranda mədəndə bədbəxt hadisə baş verib - Ölənlər var

GünAz TV: İranın Savadkuh rayonunda yerləşən kömür mədənində bədbəxt hadisə baş verib.

 

Mədənin 7 saylı tunelində işləyən 2 fəhlə qaz sızması nəticəsində boğularaq ölüb. Məlumatlara əsasən, hadisə bu gün səhər saatlarında, iş prosesi davam edən zaman baş verib.

 

Qeyd etmək lazımdır ki, İranda əmək təhlükəsizliyinin təmin edilməməsi, eləcə də məsullar tərəfindən fəhlələrin həyat və sağlamlığına qarşı qarşı biganə münasibət nəticəsində tez-tez bu kimi hallar yaşanır. Nəticədə hər il onlarla fəhlə dünyasını dəyişir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN