İranda “Mədəni İrs və Turizm Nazirliyi” təsis ediləcək

İranda “Mədəni İrs və Turizm Nazirliyi” təsis ediləcək

GünazTV: İran İslam Respublikasında “Mədəni İrs və Turizm Nazirliyi” təsis ediləcək.

 

Bu barədə İran Konstitusiyasına Nəzarət Şurası avqustun 5-də bəyanat yayıb. Şura bildirib ki, belə bir nazirliyin yaradılması layihəsi ölkə konstitusiyasına və ölkəyə hakim şəriət qanunlarına zidd olmadığına görə artıq təsdiq edilib.

 

Yeni nazirliyin yaradılması ilə bağlı üç həftə əvvəl (tirin 24-də) İran parlamentində səsə qoyulub. Səsvermədə iştirak edən deputatlardan 143-ü layihənin lehinə, 10 deputat isə əleyhinə səs verib, 5 nəfər bitərəf qalıb. Bununla da ölkədə “Mədəni İrs və Turizm Nazirliyi”nin təsis edilməsi ilə bağlı lahiyə səs çoxluğu ilə qəbul edilib. 

 

Bildirilir ki, bu layihənin qəbul edilməsindən sonra İranın Mədəni İrs, Əl işləri Sənayesi və Turizm Təşkilatı hazırkı səlahiyyətləri, işçi qrupu və imkanları ilə birlikdə “Mədəni İrs və Turizm Nazirliyi”nin tərkibinə daxil ediləcəklər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN