İranda məhkumluq həyatı yaşayan amerikalı müalicə almaq üçün müvəqqəti azadlığa buraxılıb

İranda məhkumluq həyatı yaşayan amerikalı müalicə almaq üçün müvəqqəti azadlığa buraxılıb

GünAz TV: İranda məhkumluq həyatı yaşayan amerikalı Maykl Vayt müalicə almaq üçün məzuniyyətə buraxılıb və İsveçrə Tehrandakı səfirliyinə gedib.

 

Amerikanın sabiq hərbçisi olan Maykl Vayt 2018-ci ildə "dini lideri təhqi etmə" və "şəxsi şəkil paylaşma" ittihamları ilə İranda tutularaq, 13 il həbs cəzasına məhkum edilib. Ailəsi onun tezliklə qeyd-şərtsiz azadl edilərək, Amerikaya dönəcəyinə ümid etdiyini bildirib.

 

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti İsveçrənin Tehranda fəaliyyət göstərən səfirliyinə Maykl Vaytın tibbi məzuniyyətə buraxılması istiqamətində göstərdiyi bütün tələşlara görə təşəkkür etməklə yanaşı, İran həbsxanalarında haqsız yerə cəza çəkən amerikalıların tezliklə azad edilərək öz vətənlərinə geri dönmələri üçün lazım olan bütün addımları atacağını bildirib.

 

Maykl Vaytın azadlığa buraxılmasında sonra çəkilən fotosunda onun maska taxdığı müşahidə edilir. Vaytın son günlər ərzində hərarəti olduğu və öskürdüyü deyilir. Dövlət Departamenti Vaytın koronavirus testi verəcəyini, xəstəliyə düçar olduğu təqdirdə, İsveçrə səfirliyində müalicə alması üçün lazım olan bütün addımların atılacağını bəyan edib. Dövlət Departamenti həmçinin rəsmi Tehrandan Robert Levinsonun azadlığa buraxılması üçün əvvəllər üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsini tələb edib.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində İran həbsxanalarda koronavirusun yayılmasının qarşısını almaq üçün minlərlə məhkumu müvəqqəti olaraq azadlığa buraxıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN