İranda məhkumluq yaşayan Avstraliya vətəndaşı aclıq aksiyasına başlayacağını elan edib

İranda məhkumluq yaşayan Avstraliya vətəndaşı aclıq aksiyasına başlayacağını elan edib

GünAz TV: Nazənin Zağərinin həyat yoldaşı Riçard Ratkliff İranda məhkumluq həyatı yaşayan Avstraliya vətəndaşı Kylie Moore-Gilbertin yanvarın 1-dən aclıq aksiyasına başlayacağını bildirdiyi barədə məlumat yayıb.

 

O, “Free Nazanin” adlı Twitter hesabında yazdığı statusda qeyd edib ki, avstraliyalı xanım həbsxanada Nazənin Zağəri ilə görüşündə təkadamlıq kameradan çıxarılmasa, gələn ilin ilk günündən aclıq aksiyasına start verəcəyini deyib.

 

Statusda bir neçə gün öncə 10 il həbsə məhkum edilmiş Kylie Moore-Gilbertin xanım Zağəriyə hələ də karsda saxlandığını dediyi bildirilir.

 

2 gün öncə İran apellyasiya məhkəməsi Avstraliya universitetlərindən 1-də İslam Araşdırmaları üzrə professor olan Gilbertə qarşı çıxarılmış 10 il həbs hökmünü dəyişdirmədən qüvvədə saxlamışdı. Bundan sonra o, İranda həbsdə olan Fransa vətəndaşı Fəriba Adilxahla birgə açıq məktub yazaraq, aclıq aksiyası keçirdiklərini bəyan etmişdilər.

 

Onlar yaydıqları məktubda azadlıqlarını istəyən insanları özlərinə dəstək üçün yeni il günü yemək və içməkdən imtina etməyi çağırmışdılar. Bundan sonra avstraliyalı xanım Evin həbsxanasının tibb şöbəsinə köçürülmüşdü və orada Nazənin Zağəri ilə görüşmüşdü.

 

Xanım Gilbert daha öncə yazdığı məktubda kəskin psixoloji təzyiqə məruz qaldığını, hüquqlarının pozulduğunu, İran rejimi tərəfindən girov götürüldüyünü, karsda saxlandığını və bununla da, “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsinin onu həbsdə saxlamaqla, Avstraliyada daimi yaşamaq icazəsi olan həyat yoldaşını İrana gətirib həbs etməyə çalışdığını deyib.

 

Xatırladaq ki, Avstraliyanın Melburn Universitetinin islami araşdırmalar üzrə dosenti olan Kylie Moore-Gilbert 2018-ci ilin payızında İranda həbs edildikdən sonra “casusluq”da günahlandırılıb. O, həmin vaxtdan Tehranın Evin zindanında saxlanılır. Onun məhz hansı əməlinə görə “casusluq”da günahlandırılmasının detalları açıqlanmayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN