İranda minik avtomobilinin yük maşını ilə toqquşmasında 8 nəfər həlak olub

İranda minik avtomobilinin yük maşını ilə toqquşmasında 8 nəfər həlak olub

GünAzTV: İranın Rəzəvi Xorasan əyalətində minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 8 nəfər həlak olub.

 

Hadisə, yanvarın 10-u axşam saatlarında əyalətin Cığatay şəhərinin 6 kilometrliyində, Cığatay-Əbuysan körpüsü istiqamətindəki magistral yolda baş verib. Cığatay Qızıl Aypara Cəmiyyətinin rəisi Baratəli Mircahangiri olayla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, yüksək sürətlə hərəkətdə olan avtomobil qarşıdan gələn yük maşını ilə toqquşub. Qəza nəticəsində, sürücü də daxil olmaqla avtomobilin 8 sərnişini yerindəcə həlak olub.

 

İranın Tibbi Ekspertiza Təşkilatının yaydığı statistik rəqəmlərə görə, ötən il (1396-ci ildə) İranın müxtəlif şəhər və bölgələrində baş verən yol qəzalarında 16 min 201 nəfər həyatını itirib.  Təşkilat həmçinin yanvırın 5-də bəyanat yayaraq, bildirib ki, təkcə cari ilin (1397-ci il) son 8 ayında ölkədə baş verən yol qəzalarında 12 min 261 nəfər həlak olub.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN