İranda molla rejiminə qarşı etirazlar yenidən baş qaldırır, 6 şəhərdə hakimiyyətə qarşı şüarlar səsləndirilib - VİDEOLAR

İranda molla rejiminə qarşı etirazlar yenidən baş qaldırır, 6 şəhərdə hakimiyyətə qarşı şüarlar səsləndirilib - VİDEOLAR

GünAzTV: İranda hakim molla rejiminə qarşı kütləvi xalq etirazları yenidən baş qaldırır. Yanvarın 29-da ölkənin daha 6 şəhərində hakim dini totalitar rejimə qarşı etiraz aksiyaları keçirilib.

 

Yayılan məlumatlara əsasən, yanvarın 29-u axşam saatlarında İranın Bəndər Abbas, Nəcəfabad, Ərak, Şiraz, Kirman və Qorqan şəhərlərində dinc etirazçılar küçələrə axışaraq, ölkəyə hakim molla rejiminə öz etiraz bildiriblər. Bəndər Abbas şəhərində etirazçılar, “Diktatora ölüm” və “Ey qeyrətli iranlı, bizə qoşul, dəstək ver” şüarları səsləndirərək mollaların zülmkar hakimiyyətinə qarşı kəskin etirazlarını bildiriblər.

 

Nəcəfabad şəhərində, aksiyaçılar “Diktatora ölüm” və bu kimi şüarlar səsləndirərək, hakim axundların dinc müxaliflərə qarşı repressiyalarına son qoyulmasını tələb ediblər. Ərakda isə dinc aksiyaçılar, onların toplaşmasına mane olmağa çalışan bir polis avtomobilini çevirərək rejimə qarşı şüarlar səsləndiriblər. Hər üç şəhərdə onlarla aksiyaçının tutulduğu bildirilir.

 

Məlumata əsasən, həmin gün, Şiraz, Kirman və Qorqan şəhərlərində də rejimə qarşı etirazlar keçirilib. Həmin etirazların təfərrüatı barədə hələlik hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, bir ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.

 

Tutulanlardan isə ən azı 12 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

 “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırlmışdı.

 

VİDEOLAR:

 

Yanvarın 29-u Bəndər Abbas

 

Yanvarın 29-u Nəcəfabad

 

Yanvarın 29-u Ərak

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN