İranda naməlum ölkəyə məxsus qəzaya uğramış PUA aşkar edilib

İranda naməlum ölkəyə məxsus qəzaya uğramış PUA aşkar edilib

GünAz TV: Bu gün İranın Xuzistan əyalətinin Şuştər rayonunda qəzaya uğramış pilotsuz uçan aparat tapılıb.

 

Rayonun kəndlərindən birində aşkar edilən PUA-nın hansı ölkəyə məxsus olması barədə araşdırmalar başlayıb.

 

Media orqanlarının məlumatlarına görə, dron kəşfiyyat uçuşları həyata keçirmək üçün nəzərdə tutulub, silahlı olmayıb.

 

Hələ ki, aparatın qəzaya uğrama səbəbi məlum deyil və rəsmilər bu barədə heç bir fikir bildirməyiblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN