İranda naməlum yaraqlı dəstə üzvləri ilə qarşıdurmada “Bəsic” təşkilatının 2 muzdlusu həlak olub

İranda naməlum yaraqlı dəstə üzvləri ilə qarşıdurmada “Bəsic” təşkilatının 2 muzdlusu həlak olub

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətində naməlum yaraqlı dəstə üzvləri ilə baş verən silahlı qarşıdurmada “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının 2 muzdlusu həlak olub.

 

Hadisə, iyulun 19-u sübh saatlarında, Zahidan şəhərinin 90 kilometrliyində yerləşən Kureyn məntəqəsinin Şoru kəndi yaxınlığında baş verib. Hökumət qüvvələri ilə yaraqlı dəstə üzvləri arasında baş verən atışmada “Bəsic” təşkilatının 2 muzdlusu, Pərviz Şəhbəxş və Əlirza Şəhbəxş güllə yarası alaraq yerindəcə həlak olub.

 

Naməlum yaraqlılar hadisə yerindən qaça biliblər. Atışmada hər iki tərəfdən yaralıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN