İranda narkotik qaçaqmalçıları ilə silahlı qarşıdurmada hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı ölüb, 1-i yaralanıb

İranda narkotik qaçaqmalçıları ilə silahlı qarşıdurmada hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı ölüb, 1-i yaralanıb

GünazTV: İranın Hormozqan əyalətinin Minab şəhərində narkotik maddə daşıyan yaraqlı qaçaqmalçılarla hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmada hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı ölüb, 1-i ağır yaralanıb.

 

Hadisə iyulun 9-u axşam saatlarında baş verib. Bölgədə reyd keçirən hökumət qüvvələri ilə qaçaqmalçılar arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində hüquq-mühafizə qüvvələrinin əməkdaşı Höccətullah Dəştbani güllə yarası alaraq yerindəcə keçinib, digər polis əməkdaşı Səfdər Saları isə ağır yaranaraq xəstəxanaya yerləşdirilib.

 

Yayılan məlumatda, narkotik maddə qaçaqmalçılarından 500 kiloqrama qədər müxtəlif növ narkotik maddələrinin ələ keçirildiyi, onlardan 4-ünün yaxalandığı bildirilir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN