İranda narkotik qaçaqmalçılarla atışmada daha 1 sərhədçi həlak olub

İranda narkotik qaçaqmalçılarla atışmada daha 1 sərhədçi həlak olub

GünAzTV: İranda narkotik qaçaqmalçılarla baş verən silahlı qarşıdurmada daha 1 sərhədçi həlak olub.

 

Hadisə, iyunun 12-i sübh saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Pakistan sərhədinə yaxın Mircavə şəhərində baş verib. İran sərhəd qüvvələri ilə silahlı narkotik maddə qaçaqmalçıları arasında baş verən atışmada, evli və iki uşaq atası olan sərhədçi zabit Əkbər Məsumi Nejad bir neçə güllə yarası alaraq yerindəcə həlak olub. Yayılan məlumata əsasən, yaraqlı qaçaqmalçılar hadisə yerindən qaça bilib.

 

Atışmada mümkün yaralıların olub-olmadığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN