İranda narkotik qaçaqmalçılarla silahlı qarşıdurmada 1 polis həlak olub, 1-i yaralanıb

İranda narkotik qaçaqmalçılarla silahlı qarşıdurmada 1 polis həlak olub, 1-i yaralanıb

GünAzTV: İranda narkotik qaçaqmalçılarla baş verən silahlı qarşıdurmada hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı həlak olub, 1-i ağır yaralanıb.

 

Hadisə, iyunun 8-i axşam saatlarında İranın Kirman əyalətinin Ciroft şəhəri yaxınlığında baş verib. Qarşıdurma nəticəsində yerli hüquq-mühafizə qüvvələrinin əməkdaşı Fərdin Səncəri güllə yarası alaraq yerindəcə həlak olub, digər polis zabiti Məhəmmədrza Behzadipur ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Avtomat silahlarla polis qüvvələrinə atəş açan qaçaqmalçılar, itki vermədən hadisə yerindən qaça biliblər. Qaçaqmalçıların tutulması üçün bölgədə axtarış əməliyyatına başlandığı bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN