İranda narkotik səbəbindən ölənlərin sayı 20% artıb

İranda narkotik səbəbindən ölənlərin sayı 20% artıb

GünAz TV: İran Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ölkədə narkotik vasitələr və psixotrop maddə istifadəçiləri arasında ölüm hallarının artdığı barədə məlumat yayıb.

 

Məlumata əsasən, hicri təqvimlə 1397-ci ildə (mart 2018- mart-2019-red.) qeyd edilən maddələrin istifadəsi səbəbi ilə ölənlərin sayı 3672 nəfər olub, bu isə 1396-ci il ilə müqayisədə 20% artım təşkil edib.

 

Digət tərəfdən, ölənlərin 459 nəfəri qadındır. Bu da qadınlar arasında narkotik istifadəçilərin sayının qeyd edilən müddətdə 26.4% çoxaldığını göstərir.

 

Ölənlərin əksəriyyəti Tehran, Fars və Rəzəvi Xorasanı vilayətləri sakinləridirlər.

 

Bir müddət öncə İran İctimai Elmi Yardımlaşma Assosiasiyasının rəhbəri ölkədə narkotik maddə aludəçiliyinin 15 yaşdan aşağı uşaqlar arasında da kəskin yayıldığı ilə bağlı həyəcan təbili çalmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN