İranda Novruz bayramı səfərlərində baş verən yol qəzalarında ölənlərin sayı 170 nəfərə çatıb

İranda Novruz bayramı səfərlərində baş verən yol qəzalarında ölənlərin sayı 170 nəfərə çatıb

GünazTV: Son bir həftə ərzində İranda Novruz bayramı səfərlərində baş verən yol qəzalarında ölənlərin sayı 170 nəfərə çatıb.

 

Bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polis rəisinin müavini Eynullah Cahani martın 23-də dövlət televiziyasının xəbər kanalına açıqlamasında məlumat verib.

 

O bildirib ki, bu il Novruz bayramında ölkənin müxtəlif bölgələrində baş verən yol qəzalarında həyatını itirənlərin sayı ötən illə müqayisədə xeyli dərəcədə artıb: “Təəssüflər olsun ki, son bir həftə ərzində Novruz bayramı səfərlərində baş verən yol qəzalarında ölənlərin sayı 170 nəfərə, yarananların sayı isə 3 min 741 nəfərə çatıb” – deyə Eynulla Cahani əlavə edib.

 

 

Xatırladaq ki, İran Qızıl Aypara Cəmiyyətinin gənclər təşkilatının rəisi Məsud Həbibi bundan əvvəl jurnalistlərə açıqlamısında bildirib ki, İranın müxtəlif bölgələrində baş verən dəhşətli yol qəzaları nəticsində hər gün ölkə əlillərinin sayına 100 nəfər əlavə olunur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN