İranda ölüm hökmü almış Əfqanıstan vətəndaşı təkadamlıq kameraya köçürülüb

İranda ölüm hökmü almış Əfqanıstan vətəndaşı təkadamlıq kameraya köçürülüb

GünAzTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 məhbus, barəsində çıxarılmış ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameraya köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl törətdiyi qətlə görə İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında saxlanılan 24 yaşlı Əfqanıstan vətəndaşı Nurməhəmməd Şinvari, noyabrın 7-də həbsxananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Müttəhimin yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkilcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN