İranda ölümə məhkum edilmiş daha 1 məhbus, edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb

İranda ölümə məhkum edilmiş daha 1 məhbus, edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhbus, edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 5 il əvvəl törətdiyi qətlə görə tutulan və həmin vaxtdan Zahidan zindanında saxlanılan Əbdülbasit Rəhmani adlı 25 yaşlı müttəhim, mayın 1-də həbsxananın 6-cı korpusundan təkadamlıq kameraya köçürülüb. Onun yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN